Ərdoğan Mərakeş millisini təbrik etdi

12:19 11.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərakeş millisini DÇ-2022-nin yarımfinalına çıxması münasibəti ilə təbrik edib.

Hafta.az xəbər verir ki, o, sosial media hesabında yazıb: "Dünya çempionatında yarımfinala yüksələn ilk Afrika komandası olan Mərakeş millisini ürəkdən təbrik edirəm. Bütün mərakeşli qardaşlarımızı bu uğura görə təbrik edirəm".

Qeyd edək ki, Mərakeş 1/4 finalda Portuqaliyaya 1:0 hesabı ilə qalib gəlib. Komanda dünya çempionatları tarixində yarımfinala yüksələn ilk Afrika təmsilçisi olub.