Yazını böyüt
Yazını kiçilt
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Haft.az xəbər verir ki, prezidentlər son günlər daha da gərginləşən İsrail-Fələstin qarşısdırmasını, “Sputnik V” peyvəndinin Türkiyəyə çatdırılması ilə bağlı məsələləri müzakirə ediblər.
Ərdoğan bildirib ki, Türkiyə İsrailin Qüds, Qəzza, Məscid-Əqsa və fələstinlilərə qarşı etdiyi tələsik hücumlara qarşı reaksiyalarını ən sərt şəkildə otaya qoyub. Ərdoğan Türkiyə və Rusiyanın Qüdsdə baş verənlərlə bağlı eyni mövqedən çıxış etməsinin vacibliyini vurğulayıb. O deyib ki, qarşıdurma daha dərinləşməmiş Birləşmiş Millətlər Təşkilatı təcili məsələyə müdaxilə etməlidir.