“Erməni cinayətkarları məculiyyətə cəlb etmək üçün kifayət qədər hüquqi əsaslar var”

14:00 29.09.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Vardanyan və onun kimi müharibə cinayətkarlarının 30 ildə törətdiyi cinayətləri açıb göstərən mükəmməl beynəlxalq tribunal təşkil etmək lazımdır. Onaları mühakimə etməklə dünyada ifşa etməliyik”.

Bunu Hafta.az-a hüquqşünas, siyasi ekspert Əli Mustafa erməni separatçı rejimin özünü buraxması, Vardanyan kimi “don ki xotların” həbsi və atılacaq addımlarla bağlı bildirib.

Ə.Mustafa bildirib ki, Vardanyanın həbsi və separatçıların təslim olma prosesi artıq bu cinayətkar dəstənin təsir imkanlarının zəiflədiyini anlaması, reallıqla barışmasıdır. Onun fikrincə, bu prosesdə Azərbaycana qarşı xarici təsirlər, təzyiqlər də olacaq. Amma onların qarşısına çıxmaq lazımdır. 

Hüquqşünas qeyd edib ki, ermənilərin bu dərəcədə kütləvi köçü, bu cür təslimolmalar o dərəcədə gözlənilən deyildi. Onun fikrincə, bunun arxa planda növbəti gedişləri ola bilər və buna da hazır olmalıyıq.

“Vardanyan cinayətkardır. Onun Azərbaycan ərazilərinə qanunsuz gəlməsi, dəfələrlə milli, dini, etnik zəmində etdiyi çıxışlar, nifrəti alovlandırması, qarşıdurma yaratması onun məsuliyyətə cəlb olunması üçün əsaslar verir. Bunlar 30 il Azərbaycanın suverenliyini pozublar. Azərbaycan ərazisində etnik təmizləmə həyata keçirdiblər. İndi ermənilər öz günahlarını bizim üstümüzə atmaq üçün, hay-küy salırlar ki, Qarabağda etnik təmizləmə aparılır. Amma fakt budur ki, özəri çıxıb gedirlər. Amma bu 30 il ərzində bütün azərbaycanlılar öz tarixi torpaqlarından - Ermənistandan çıxarılıb, Xankəndidən, digər ərazilərimizdən çıxarılıb. Bunlar soyqırım cinayətinə, etnik təmiləməyə görə cinayət məsuliyyəti daşıyırlar. Erməni separatçı rejimin liderləri eləcə də müharibənin başlanması, ərazlərin işğalı, müharibədə 20 min şəhidimizin olması, ərazilərin dağdılmasına və sair əməllərinə görə məsuliyyət daşıyır.  Erməni cinayətkarları məculiyyətə cəlb etmək üçün kifayət qədər hüquqi əsaslar var. Onların həbsi də, könüllü təslim olması da legitimdir”, - ekspert bildirib.

Siyasət rubrikasından digər xəbərlər