Erməni deputat üzr istədi - Azərbaycan bayrağının yandırılmasına görə

13:35 15.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Deputat, hakim “Mülki müqavilə” fraksiyasının üzvü Ovik Ağazəryan İrəvanda keçirilən Avropa çempionatının açılışında Azərbaycan bayrağının yandırılmasına görə bütün dünyadan üzr istəyib.

“Beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm ki, bir vətəndaş və deputat kimi xalqımdakı vəhşi və adamyeyən tayfaların spesifik təzahürlərini tamamilə aradan qaldırmaq üçün əlimdən gələni etməmişəm. Ayıb olsun!”, – o yazıb.

Siyasət rubrikasından digər xəbərlər