Erməni hərbçisinin əsir götürülməsi yalandır - MN

18:11 21.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 21-də Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə hafta.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

Xatırladaq ki, bir qədər əvvəl Ermənistan MN məlumat yaymışdı ki, dumanlı hava səbəbindən bir hərbçi yolu azaraq Azərbaycanın nəzarətində olan əraziyə keçib.

Siyasət rubrikasından digər xəbərlər