Erməni silahlıları Laçın istiqamətində uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa cəhd edib

18:02 20.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 20-si saat 15:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən xəbər verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Siyasət rubrikasından digər xəbərlər