Erməni silahlıları Ordumuzun Şuşa və Ağdamdakı mövqelərini atəşə tutub - MN

17:12 30.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

 

Bu barədə hafta.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Oxunma sayı 2088
Gündəm rubrikasından digər xəbərlər