Ermənilər Azərbaycan vətəndaşlarının harada qətlə yetirilib basdırıldığını göstərməlidir - Ekspert

18:20 30.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın aidiyyatı dövlət orqanları itkin düşən insanlarımızın axtarışı yönündə fəaliyyətini davam edir. I Qarabağ müharibəsi dövründə müharibədə iştirak etmiş və işğal faktından dolayı ermənilərin əlinə keçən ərazilərimizdə həm əsir götürülmüş, həm də şəhid olaraq o ərazilərdə qalan kifayət qədər vətəndaşlarımız var.

Bu fikirləri hafta.az-a hərbi ekspert Elxan Şıxəliyev bildirib.  

Hərbi ekspert həmin vətəndaşların özlərinin, yaxud nəşlərinin, məzarlarının yerlərinin tapılması və yaxud onların əsirlikdə harda olmalarına dair 44 günlük müharibəyə qədər nə edilmişdisə, müharibədən sonra da bu  fəaliyyət bizim tərəfimizdən aktiv aparıla biləcək.

“Çünki artıq ərazilər işğaldan azad olunub. Ermənilərin kütləvi şəkildə soyqırım törədib kütləvi şəkildə basdırdıqları məzarlıqların olduğu ərazilər bizim nəzarətimizdədir. Və baş vermiş hadisələrin şahidləri o yerləri göstərdikcə, qətlə yetirilən vətəndaşlarımızın nəşlərinin tapılmasına nail olacayıq”.

E.Şıxəliyev statistik göstəricilərə əsasən bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra yaranmış yeni situasiyada I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. O, 2021-ci ilin fevral-2022-ci ilin aprel ayına qədər işğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin, işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Kəlbəcər və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürüldüyünü də xatırladıb. Eyni zamanda bildirib ki, I Qarabağ müharibəsi zamanı şəhid olmuş və Respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı 191 naməlum şəhid məzarından 183 meyit qalığı ekshumasiya edilib.

Hərbi ekspert hesab edir ki, bu proses dövlət komissiyasında itkin kimi adları keçən vətəndaşlarımızın siyahılarda adlarının azalmasına gətirib çıxardacaq.

“Düşünürəm ki, Dövlət Komissiyası Ermənistanın müvafiq qurumları ilə koordinasiyalı şəkildə şahidlərin, əraziləri bilən adamların cəlb edilmsi ilə I Qarabağ müharibəsində qətlə yetirilmiş azərbaycanlıların məzarlarınn aşkar olunmasına nail olacağıq. Əslində itkisi, şəhidi, əsiri olan ailələr onların taleyi barədə məlumatlı olduqca, bu da onlara bir təsəlli tapırlar. Bu olmadıqca vətəndaşlar öz yaxınlarının sağ olması barədə düşünə bilirlər və “nə vaxta qayıdacaq” düşüncəsində olurlar”.

Hərbi ekspert hesab edir ki, sülh sazişi çərçivəsində dövlət orqanları öz aralarında itikin düşən vətəndaşlarımızın yerlərinin tapılması, onların nəşinin yerlərinin bilinməsi yönündə ciddi addımlar atacaqlar”.

Hərbi ekspert I Qarabağ savaşında, ümumən müharibə zamanı itkin düşən hərbçiərin müəyyən olunması prosesində beynəlxalq təşkilat kimi Qırmızı Xaç Cəmiyyətinin icraçı olaraq fəaliyyətini önə çəkib. Onun sözlərinə görə, atəşkəs dövründə  müharibə gedən ərazidə əsir, girov, yaxud həlak olanlar qarşılıqlı geri götürmə prosesi ilə həll olunurdu.

“Əlbəttə ki, hərbçinin nəşinin geri alınması dövlətin siyasi iradəsinin istəyi üzərinə həyata keçirilir. Əslində atəşkəs dövründən əvvəl yeri bilinən nəş geri alınırdı. Onu geri götürmə ATƏT-İn Minsk Qrupunun səhra köməkçilərinin, razılaşdırılması, eləcə də Qırmızı Xaç Cəmiyyətinin Azərbaycanın Əsir və Girovlarla bağlı dövlət qurumunun qarşılıqlı koordinasiyası şəklində dövr edə bilirdi.  Çünki bilinən nəşin gizlədilməsinin heç bir əhəmiyyəti olmurdu. Amma  atəşkəsə qədərki  dönəmdə isə erməni tərəfdə qalan, Xocalı soyqırımı, Ağdaban bölgələrinndə baş verən soyqırımlarda basdırılan insanlarımızın çoxlarının yerləri bilinmirdi. Çünki onların şahidləri ermənilərdir və ermənilər də göstərməlidirlər ki, Azərbaycan vətəndaşlarını harda qətlə yetirib basdırıblar. Amma bəzi şahidlər var ki, deyirdilər ki, biz o yerdən qaçdıq, gördük orda kimlər qalıb. Bu gün gedib həmin yeri  aşkarlayıb, nəşləri tapıblar”.

Siyasət rubrikasından digər xəbərlər