Ermənilər Şuşaya, Kəlbəcərə atəş açanda ruslar susurlar - Elxan Şahinoğlu

16:54 25.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Qarabağda yerləşdirilən rus hərbçiləri zaman-zaman Azərbaycan əleyhinə bəd açıqlamalar veriblər ki, guya Azərbaycan atəş açıb”.

Bunu hafta.az-a açıqlamasında politoloq Elxan Şahinğlu bildirib. Politoloq qeyd edib ki, Qarabağda hansı atəşkəsdən söhbət gedə bilər ki, ora Azərbaycanın ərazisidir və orada seperatçılar tərksilah olunmalıdır:

“Əgər bunu rus sülhməramlıları etməyəcəksə və hansı ki, etmək fikirləri də yoxdur, bunu Azərbaycan özü edəcək. Ona görə də Qarabağın içində atəşkəs barədə söhbət gedə bilməz. Bizim tələblərimiz var və o tələblər yerinə yetirilməlidir. Amma ermənilər Şuşaya, Kəlbəcərə atəş açanda rus sülhməramlıları susurlar. Bu bir daha onu göstərir ki, ruslar tərəfdilər, erməni seperatçıları dəstəkləyirlər. Bilirik ki, elə Ruben Vardanyanı Xankəndiyə göndərən də Kremldir. Ona görə də bizim qarşımızda duran əsas hədəflər seperatçıları öz gücümüz hesabına tərksilah etmək, alternativ yolu nəzarətə götürməkdir”.

Oxunma sayı 1496