Bu dəqiqələrdə Qarabağda məskunlaşmış bir qrup erməni martın 5-də Turşsu-Xəlfəli-Xankəndi yolundakı təxribatlarına cavab olaraq Azərbaycan hərbçiləri tərəfindən separatçı-terrorçu "polis"lərin zərərsizləşdirilməsinə guya Rusiya "sülhməramlı”larının hərəkətsizlik nümayiş etdirməsinə etiraz olaraq aksiya keçirir.
Hafta.az xəbər verir ki, bu haqda Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Məlumata görə, etiraz aksiyası "sülhməramlı"ların Xocalı şəhəri yaxınlığındakı rəsmən eyniadlı rayonun inzibati ərazisinə daxil olan hava limanındakı daimi dislokasiya mərkəzi qarşısında keçirilir. Aksiyanın əsas təşkilatçılarından biri Xankəndindəki qanunsuz qeyri-hökumət sektorunun fəal nümayəndəsi Tiqran Petrosyandır.
Bundan əvvəl yayılmış məlumatlara görə, ermənilərin “sülhməramlı”lara qarşı aksiyasının əsas tələblərindən biri həmin kontingentin komandanı general Andrey Volkovun istefasıdır.