ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, ermənipərəst Nensi Pelosinin siyasi karyerası başa çata bilər. Hafta.az bildirir ki, bu iddia ilə Sankt-Peterburq Dövlət Universitetinin (SPbU) Amerikaşünaslıq kafedrasının dosenti Qriqori Yarıgin çıxış edib.
Məlum olub ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının hazırkı spikeri Nensi Pelosi Demokratlar partiyasının kokusunun rəhbəri vəzifəsindən imtina edib.
“Pelosi ona qarşı Respublikaçılar tərəfindən başlaya biləcək araşdırmalar kontekstində yarana biləcək tənqidin dərəcəsini azaltmaq istəyir. Artıq bununla bağlı şayiələr dolaşır. Respublikaçıların nə edəcəkləri - məxfi məlumatların, xüsusən də maliyyə məlumatlarının açıqlanması ilə bağlı fəaliyyətlə bağlı araşdırmaya başlayıb-başlamayacaqları yanvarda bəlli olacaq. Ona görə də onu günahlandıra bilərlər. Bu, doğru olmaya bilər, lakin partiyanın özünə zərər verəcək”.