İşğalçı Ermənistan hökuməti Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiya “sülhməramlı” kontingentinin nəzarətində qalan ərazisindəki separatçı-terrorçu rejimə 4 milyard dramlıq(təxm. 9,8 min dollar) yeni kredit ayırıb.
Hafta.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb.
“Ermənistanın 2023-cü il dövlət büdcəsi kəsirinin sərbəst vəsaitlərindən Dağlıq Qarabağa respublika ərazisində müharibədən sonrakı dövrdə hökm sürən sosial gərginliyin azaldılmasına yönəlmiş əlavə maliyyələşmə üçün 4 milyard dram məbləğində dövlətlərarası kreditin ayrılması nəzərdə tutulur. Bu barədə qərar avqustun 24-də Ermənistan hökumətinin iclasında qəbul edilib”- xəbərdə belə deyilir.
Xatırladaq ki, bundan öncə - iyun ayında da İrəvandan Xankəndinə 2,9 milyard dramlıq kredit ayrılmışdı.