“Ermənistan bu yolla Rusiyanın mövqeyini zəiflətmək istəyir” – Yevgeni Mixaylov

17:40 13.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanın bu dəfəki təxribatının Səmərqənd görüşünə bir neçə gün qalmış baş verməsi heç də təsadfi deyil. Ermənistan bu addımı ilə Rusiyanın mövqeyini zəiflətmək istəyir”.

Hafta.az-ın yazdığına görə, bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib. Onun sözlərinə görə, bu gün İrəvan üçüncü qüvvələrin, xüsusilə də Avropa İttifaqının və ABŞ-ın əlində oyuncağa çevrilib.

“Ermənilər bu yolla sərhədlərin delimitasiyasına və Zəngəzur dəhlizi kimi regional layihələrin gerçəkləşməsnə mane olmağa çalışırlar. İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu məsələyə cəlb etməyə çalışır, amma bu cəhdləri baş tutmayacaq. Çünki son illər ərzində KTMT-də anlayırlar ki, Ermənistan dəqiq planlar əsasında siyasi-hərbi təxribatlar törədərək sülhün yaranmasına açıq-aşkar mane olur”, - Y.Mixaylov deyib.

Siyasət rubrikasından digər xəbərlər