Ermənistan danışıqlar prosesinə də bu cür yanaşır - Səməd Seyidov

15:26 15.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyirik”.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tviterdə yazıb.

O bildirib ki, Ermənistan təhlükəsizliyinin təmin olunması üçün vəd versə də, mənfur hərəkətin qarşısının alınması üçün heç bir addım atmayıb:

“Ermənistan danışıqlar prosesinə də bu cür yanaşır, söz verir, amma əməl etmir. Bu, Ermənistan üçün ayıbdır".
 
Seyidov bildirib ki, Ermənistan öz vədlərinə xilaf çıxır ki, bu da onun Azərbaycanla danışıqlara yanaşmasında özünü büruzə verir.

Siyasət rubrikasından digər xəbərlər