Ermənistan dövlət qurumlarının hərbi cinayətkarın saxlanmasına "etirazı" - hərbi cinayətlərə dövlət səviyyəsində dəstək aktıdır - Hikmət Hacıyev

21:54 29.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçatryanın saxlanmasına Ermənistanın rəsmi, ictimai/media qurumlarının “etirazı” dövlət səviyyəsində hərbi cinayətlərə dəstək və haqq qazandırmaqdan başqa bir şey deyil.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə bildirib.

“O, insan qaçaqmalçılığı üçün BQXK-nin tibbi evakuasiyasından istifadə etməyə çalışıb”, - Prezidentin köməkçisi əlavə edib.

Siyasət rubrikasından digər xəbərlər