Ermənistan nəhayət sərhədlərin müəyyənləşdirilməsi prosesinə başlamağa hazır olduğunu bəyan edib.
Hafta.az xəbər verir ki, bu zamana qədər prosesi ləngitməyə çalışan İrəvan guya bu məsələ ilə bağlı Azərbaycandan cavab gözlədiyini açıqlayıb.
"Ermənistan Azərbaycanın demarkasiya və delimitasiya işləri ilə əlaqədar reaksiyasını gözləyir" - bunu Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
“Ermənistan demarkasiya və demarkasiya işlərinə hazırdır. Bunu artıq açıq şəkildə bildirmişik. Hazırda heç bir iş aparılmır. Azərbaycanın cavabını gözləyirik ”, - Qriqoryan bildirib.
Təhlükəsizlik Şurasının katibi, Azərbaycanın da müsbət cavab verəcəyinə ümid etdiyini bildirib və sonra sərhəddəki böhranın ən qısa müddətdə həll edilməsi üçün demarkasiya və delimitasiya işlərinə ən qısa müddətdə başlamaq mümkün olacağını qeyd edib.