“Ermənistan hakimiyyəti “Nemezis” abidəsini sökmək niyyətində deyil...”

19:11 09.05.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan hakimiyyəti “Nemezis” əməliyyatı qəhrəmanlarının abidəsini sökmək niyyətində deyil...”

Hafta.az xəbər verir ki, İrəvan meriyasından “Azatutyun” radiosuna "Türkiyədə verilən reaksiyadan və Ermənistan avia-şirkətləri üçün hava məkanının bağlanmasından sonra hakimiyyət abidəni sökməyə hazırlaşırmı və gündəmdə bu mövzuda məsələ varmı" sualına cavab olaraq belə deyilib. 

Xatırladaq ki, rəsmi Ankara və Bakı İrəvanda "Nemezis" abidəsinin qoyulmasını pisləyib. Türkiyə buna cavab olaraq öz hava məkanını üçüncü ölkələrə uçan Ermənistan avia-şirkətlərinin təyyarələri üçün bağlayıb.

Dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, “abidə sökülməzsə, müvafiq addımlar atılacaq”.