Ermənistan hökuməti Qarabağdan köçmüş ermənilərə 30 kq qızıl qaytaracaq

13:45 04.04.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistan hökuməti Qarabağdan köçmüş ermənilərə 2023-cü ilin sentyabrına qədər kredit  götürmək üçün qoyduqları qızılları qaytaracaq.

Hafta.az xəbər verir ki, “Aysor” nəşrinin yaydığı məlumata görə, bu barədə qərar hökumətin cümə axşamı keçirilən iclasında qəbul edilib.

Qərar yalnız Azərbaycan ordusunun 19-20 sentyabr 2023-cü ildəki lokal əməliyyatına qədər Yuxarı Qarabağda daimi yaşamış ermənilərin götürdüyü kreditlərə şamil edilir.

Maliyyə naziri Vahe Hovhannisyan xatırladıb ki, 2023-cü ilin dekabrında qəbul edilmiş qərarla Qarabağdan köçmüş ermənilərin  kredit borcları bağışlanıb və banklar bu borcların 70%-i üçün hökumətdən dövlət istiqrazları alıb. Bu qərar qızılla təmin edilmiş istehlak kreditlərinə də şamil edilib. Belə kreditlərin ümumi həcmi təxminən 6 min borcalandan təxminən 2,8 milyard dram (təxminən 6,9 milyon dollar) təşkil etmişdir. Amma qərarda qeyd olunmayıb ki, banklar bu kreditlərər görə qoyulmuş girovları vətəndaşlara qaytarmalıdır. Nəticədə  kreditlər (və ya onların üzərindəki qalıqlar) bağışlansa da, girov qoyulmuş qızıllar (ümumi çəkisi təxminən 30 kq) banklarda qalıb.