Ermənistan Müdafiə Nazirliyinin növbəti dezinformasiyası

14:59 06.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hərbiçisinin atəş nəticəsində ölməsi ilə bağlı iddialara münasibət bildirib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

"Bu məlumatı qəti surətdə təkzib edirik", - deyə məlumatda qeyd olunub.

Siyasət rubrikasından digər xəbərlər