Yazını böyüt
Yazını kiçilt
Danışıqlarda uğursuzluğa düçar olduğumuz üçün bu müharibəni öz üzərimizə gətirdik. Hərbi balansı saxlaya bilmədiyimiz üçün müharibəni uduzduq.
Hafta.az bildirir ki, bunu fevralın 24-də İrəvanda Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.
“Biz müharibəni utanc verici şəkildə uduzduq, çünki çox pis mübarizə apardıq” - o deyib.
Oskanyan xatırladıb ki, 1994-cü ildə atəşkəs tətbiq edildikdən sonra və 2018-ci ilə qədər stabil diplomatik proses və hərbi balans sayəsində nisbi sülh qorunub.