Ermənistan parlamentində DOVŞANLAR FRAKSİYASI

16:09 29.04.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Dünəndən Milli Assambleyada dovşanlar peyda olub.

Hafta.az xəbər verir ki,  bu haqda “Hraparak” qəzeti yazır.

Parlament rəhbərliyi avtomobil parkını yeniləməklə yanaşı, həm də ferma yaratmaq və dovşan yetişdirmək qərarına gəlib. Bu vaxta qədər parlament parkında yalnız dələlər görünürdü, indi isə dovşanlar da görünür. Parlament sədrinin mətbuat katibi Tsovinar Xaçatryan bildirib ki, dovşanlar Aparat rəhbəri Vaan Naribekyanın şəxsi vəsaiti hesabına alınıb. Onların sayı yeddidir.

"Milli Assambleya Parkında landşaft dəyişikliyi və abadlıq işləri aparıldığı üçün bu dovşanlar dekorasiyanın bir hissəsi olacaq. Onlar həm də 1 iyun uşaqlar üçün keçirilən tədbir çərçivəsində parka gətirilir".

Dovşanlar sürətlə çoxaldıqları üçün onların sonradan parkdan parlament binasına köçürülməsi və ayrıca fraksiya təşkil edilməsi təhlükəsi var”, - deyə erməni qəzeti istehza ilə yazıb.

Siyasət rubrikasından digər xəbərlər