Praqada imzalanan sənəddə qeyd olunub ki, Azərbaycanla Ermənistan arasındakı delimitasiya və sülh sazişi BMT Nizamnaməsinə və 1991-ci ilin Alma-Ata Bəyannaməsindəki müvafiq sərhədlərə əsaslanmalıdır.
Hafta.az-ın məlumatına görə, bunu bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı deyib.
O bildirib ki, Almatı bəyannaməsində göstərilir ki, bütün ittifaq respublikaları SSRİ respublikaları arasında mövcud olan sərhədlər daxilində sərhədlərin toxunulmazlığını təsdiq edir, başqa sözlə, o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSR-in tərkibində olub:
”Bu sənəd həm Azərbaycan, həm Ermənistan, həm də Fransa və Şarl Mişel tərəfindən heç bir qeyd-şərtsiz təsdiq edildi. Bu, Qarabağın statusuna necə yanaşmaq məsələsini həll edir”.