Ermənistan virusdan ölənlərin sayı 4249-a çatdı

13:34 10.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutka ərzində daha 83 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 218 353 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 15 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4249-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1041 nəfərdir.

Aktiv xəstələrin sayı 8863 nəfər təşkil edir.