“Rusiya İrəvanı dəstəkləməyi dayandırdığı anda Ermənistan qalmayacaq, yox olacaq”. Hafta.az bildirir ki, bu fikirlər rusiyalı şərqşünas, “Yaxın Şərq İnstitutu” elmi mərkəzinin yaradıcısı və prezidenti Yevgeni Satanovskiyə məxsusdur.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə münasibətlərini strateji müttəfiqliyə çatdıran bir çox sənədlər imzalayıblar: "Bu yaxınlarda onlar Şuşa Bəyannaməsini də imzaladılar. Hazırda Laçın dəhlizində baş verənlərə gəlincə, bu suallar ilk növbədə Ermənistanın baş naziri Nikol Paşinyana ünvanlanmalıdır. Ona Qarabağ lazımdır, ümumən Rusiya ilə münasibətlər lazımdır, KTMT lazımdırmı?. Əgər bundan sonra Ermənistan təkcə Qarabağı yox, həm də öz dövlətçiliyini itirərsə, bu, onu başçı seçənlərin problemidir”, - Satanovski bildirib. “Putin də daxil olmaqla, Paşinyanın əvəzinə heç kim Ermənistana rəhbərlik etməyəcək, onu Moskvadan da dəyişməyəcəklər, biz Sovet İttifaqında deyilik”.
Satanovski hesab edir ki, Moskva ilə İrəvan arasında münasibətlər inkişaf etmir, çünki “Nikol Paşinyan Rusiyanı çərçivəyə salmaqdan başqa heç nə istəmir”. “Əgər sabah fransızlar və amerikalılar şəxsən onunla hər şeyin yaxşı olacağına söz versələr, o, böyük məmnuniyyətlə rus sülhməramlılarından qurtulacaq. Və etdiyi hər şey buna gətirib çıxarır. Onlarsız Qarabağ da olmayacaq, orada da erməni qalmayacaq. Bundan sonra kim bilir Ermənistan qalacaq, ya qalmayacaq”, - Yaxın Şərq İnstitutunun təsisçisi və prezidenti düşünür.
2020-ci il müharibəsindən sonra Ermənistanın kəskin təhlükəsizlik problemi ilə üzləşdiyi indiki şəraitdə o, günahı birinci yerdə İrəvanda görür.
“Ermənistan Rusiyanın ona lazımi hərbi-siyasi dəstəyi verməməsindən narazıdır. İndi Rusiya ərazisinə - Belqorod və Kurska zərbələr endirilir, Rusiya Ermənistandan hansı dəstək alıb? Yaxşı, Ermənistanda səfərbərlik aparılıbmı? Erməni diasporası hərbi texnika və silahlara neçə milyard dollar xərcləyib?”, - ekspert bildirib.
“Rusiya İrəvanı dəstəkləməyi dayandırdığı anda Ermənistan qalmayacaq. Bu sadə fakt Ermənistanda kiməsə çata bilərmi? O, ümumiyyətlə, qalmayacaq, olmayacaq. Əlbəttə ki, sonsuz iddialar irəli sürə bilərsiniz".
Satanovskinin sözlərinə görə, Azərbaycan Türkiyə ilə müqavilə bağlamış bir ölkədir və onun çərçivəsində “Bir millət, iki dövlət” Proqramı hazırlanır”, - deyə o, əlavə edib. - Əgər Ermənistan öz gələcəyini Rusiya-Türkiyə müharibəsi çərçivəsində reallaşdırmağa hazırlaşırsa, bu gün bu baş verməyəcək:
"NATO bloku ilə müharibəmiz var, amma Türkiyə ilə ayrı savaşmayacağıq. Bu bir faktdır, bunu Putinə təklif etmək mənasızdır”.