Ermənistana meymun gətirilməsi qadağan edildi

19:38 22.08.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Meymunçiçəyi xəstəliyinin baş verməsinin və ocaqlarının qarşısının alınması məqsədilə cari ilin 21 avqust tarixindən etibarən bütün növ gəmiricilərin və bütün növ primatların Ermənistan Respublikası ərazisindən idxalı və tranzit daşınması məsələ Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəqiqləşdirilənə qədər qadağan edilir.

Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin məlumatına görə, bu barədə Ermənistan Ərzaq Məhsulları Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidməti informasiya yayıb.

Xatırladılır ki, Ermənistanda meymunçiçəyiyinə yoluxma halı qeydə alınmayıb və daha da yayılma riski aşağı hesab olunur.