Ermənistanda 58 nəfər Qərbi Nil qızdırması virusuna yoluxub

12:37 21.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda 58 nəfər Qərbi Nil qızdırması virusuna yoluxub, onlardan 41 nəfəri xəstəxanaya yerləşdirilib.

APA-nın “news.am”a istinadən xəbərinə görə, bunu ölkənin Xəstəliklərə Nəzarət və Xəstəliklərin Profilaktikası Mərkəzinin rəhbəri Stepan Atoyan deyib.

O deyib ki, xəstəxanada müalicə olunanlardan 4-ü ağır, qalanları isə orta ağır vəziyyətdədir.

Mərkəz rəhbərinin sözlərinə görə, bu şəxslərin hamısı Araqatsot vilayətinin sakinləridir.