Ermənistanda bir gündə 32 nəfər koronavirusdan öldü

11:38 12.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların sayı 112 680 nəfərə çatıb.

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 132 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 32 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 1 668 nəfər koronavirusdan ölüb, 40 452 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.