Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 30 min 346 nəfərə çatıb

14:46 09.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son 24 saat ərzində daha 526 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 30 min 346 nəfərə yüksəlib.

Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzinin məlumatına görə, son bir gündə Ermənistanda 14 nəfər pandemiyanın qurbanı olub və koronavirusdan ölənlərin sayı 535-ə çatıb. Hazırda ölkədə 11 min 641 aktiv koronavirus xəstəsi var.

Oxunma sayı 2401