Ermənistanda koronavirusdan daha 30 nəfər ölüb

15:02 19.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 469 yoluxma halı qeydə alınıb.

Hafta.az-ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 414 764 nəfərə çatıb.

Son sutka ərzində infeksiyadan 30 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 8 308 nəfərə yüksəlib.