“Gallup” beynəlxalq assosiasiyasının Ermənistan nümayəndəliyi ölkə əhalisinin Qarabağdakı Rusiya "sülhməramlı"larına, eləcə də ölkədəki 102-ci Rusiya bazasına münasibəti ilə bağlı sorğu keçirib.
Hafta.az xəbər verir ki, bu haqda "AremenianReport" məlumat yayıb.
Belə ki, sorğuların nəticələrinə görə, əgər 2020-ci ilin noyabr ayında respondentlərin 81,5%-i “tamamilə müsbət” (43,7%) və ya “kifayət qədər müsbət” (37,8%) olduğunu bildirmişdisə, bu göstəricilər 2023-cü ilin yanvarındakı sorğulara əsasən 50,4%-ə qədər azalıb (müvafiq olaraq: 18,3% və 32,1%).
Buna baxmayaraq, Rusiya "sülhməramlı" kontingentinə(RSK) müsbət yanaşan respondentlərin sayı hələ də mənfi olanları üstələyir. Cari ilin sorğu məlumatlarına əsasən, respondentlərin 18,3%-i (2020-ci ildə 4,6%) "sülhməramlı"lara münasibətinin “kifayət qədər mənfi” olduğunu bildirib; 29,6% (2020-ci ildə 5,8%) RSK-yə münasibətinin “tamamilə mənfi” olduğunu bildirib.
“Rusiya 102-ci hərbi bazasına münasibətiniz necədir?” sualına isə respondentlərin əksəriyyəti -29,1%, “olduqca müsbət” cavabını verib. Respondentlərin - 2,43%-inin münasibəti “tamamilə müsbət”, 14,8%-i “kifayət qədər mənfi”, 22,6%-i “tamamilə mənfi”dir.