Yazını böyüt
Yazını kiçilt
Ermənistan ərazisinə keçən Azərbaycan hərbçilərinin ekstradisiyası gözlənilmir, buna məhkəməyə qədərki prosesdə icazə verilmir. Bunu Ermənistanın baş prokuroru Anna Vardapetyan deyib.
“Həbs edilmiş erməni diversantların Azərbaycandan qaytarılması müqabilində ekstradisiya tətbiq edilə bilərmi” sualına Vardapetyan cavab verib ki, məsələ onun səlahiyyətlərinə aid deyil.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəddə yerləşən Şahbuz rayonu ərazisində əlverişsiz hava şəraitində görmə məhdudluğu səbəbindən itkin düşən Azərbaycan ordusunun əsgərləri Bəbirov Aqşin və Axundov Hüseyn “Dövlət sərhədini qanunsuz keçməkdə”, bir qrup şəxslə əvvəlcədən razılaşdırılaraq odlu silah və sursatların daşınmasında ittiham olunurlar.