Ermənistanı Azərbaycana qarşı dəstəkləmirik - Rəsmi Moskva

15:35 02.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə açıqlama verib.

Hafta.az xəbər verir ki, o, Azərbaycana qarşı Ermənistanı dəstəkləmədiklərini əlavə edib.

“Bəli, Türkiyə Azərbaycanı birmənalı şəkildə dəstəkləyir. Biz bunu bilirik. Amma bu o demək deyil ki, biz digər tərəfdəyik, Ermənistanı Azərbaycana qarşı dəstəkləyirik. Bu belə deyil. Münaqişənin ədalətli yolla həllini dəstəkləyirik, atəşin dayandırılmasını dəstəkləyirik, hərbi əməliyyatların dayandırılmasını dəstəkləyirik”, - deyə Nebenzya söyləyib.

Yüksək vəzifəli rusiyalı diplomatın bu açıqlaması Ermənistanda ciddi narahatlıq doğurub./Modern.az