Ermənistanın eks-prezidenti xəstəxanalıq oldu

18:40 19.12.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan xəstəxanaya yerləşdirilib.

Hafta.az xəbər verir ki, bu haqda “Hraparak” nəşri məlumat yayıb.

Sabiq ölkə başçısı "Best Life" erməni-yapon tibb mərkəzinə yerləşdirilib. Məlumata görə, bu xəstəxanada işləyən kardioloq, direktorun müşaviri Xaçik Ambarsumyan Ter-Petrosyanın şəxsi həkimidir.

“Lakin Ter-Petrosyanın ofisindən məlumata dair heç bir təsdiq və ya təkzib ala bilmədik. Eks-prezidentin sözçüsü Arman Musinyan öncə zənglərimizə cavab vermədi,  cavab verəndə isə sualımızı dinlədikdən sonra dedi: “Mən məşğulam, sizə zəng edəcəm". Odur ki, bunun planlı müayinə olduğunu, yoxsa Ermənistan eks-prezidentinin doğrudan da hansısa səbəbdən müalicə aldığını öyrənə bilmədik. Bizə yalnız  Ter-Petrosyanın ürək problemləri olduğu  məlum olub"- erməni qəzeti belə yazır.

Siyasət rubrikasından digər xəbərlər