Ermənistan sentyabr ayından başlayaraq KTMT-nin Azərbaycan-Ermənistan arasında yaşananlardan dolayı sərgilədiyi narazı idi.
Bu fikirləri politoloq Zaur Məmmədov hafta.az-a bildirib.
Politoloq Ermənistanın əsas iki tələb üzərində dayandığını, fors-major vəziyyətdə KTMT-nin iş mexanizminin yenilənməsi və Azərbaycan ordusunun geri çəkilməsi ilə bağlı olduğunu önə çəkib.
“Liderlərin görüşlərində buna cəhidlər olsa da, heç bir konsersus əldə edilmədi. KTMT-nın liderləri Ermənistanın istəklərinə rədd cavabı verərək növbəti dəfə sammitə ev sahibliyi etmiş ölkənin liderini biabır etmiş oldular”.
Politoloq bunu gözlənilən sayıb. Onun sözlərinə görə, Azərbaycan Prezidentin də bununla bağlı oxşar açıqlaması var idi.
“Orda da qeyd olunmuşdu ki, İndiki zamanda Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatı Azərbaycanla münasibətlərini heç bir halda korlamayacaq. Üstəlik, biz dünən Lukaşenkonun ciddi şəkildə Paşinyanın üzərinə getdiyinin və bu kontesktdə Nikolun da susmağının şahidi olduq. Ermənistanın KTMT-ni Azərbaycana qarşı qaldırmaq istəyi baş tutmadı”.
Z.Məmmədov bildirib ki, Paşinyan KTMT-nin Azərbaycanın ordusunu geri çəkməməsi ilə bağlı bəyanat verməməyinin fonunda Qərblə Rusiya arasında müəyyən bazarlıqlar etməyi düşünür.
“Ümumilikdə KTMT-nin toplantısı Ermənistanın iflası, Ermənistanın kənarda qalan, sözü eşidilməyən tərəf olmasını sübut etdi”.
Z.Məmmədov hesab edir ki, indiki məqamda Ermənistanın bir yerdə, bir mərkəzdə qalması mümkün deyil.
“Ukrayna hadisələri fonunda müəyyən ölkələrin, eləcə də KTMT-nin digər üzvlərinin həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya ilə balanslı siyasət yürütmələrinə cəhd etdiklərinin şahidi olmaqdayıq. KTMT-nin Ermənistana etiraz etməsi, əslində bu, Qərb-Ermənistan münasibətlərinin daha da yaxşılaşdırılmasına gətirib çıxarda bilər. Ermənistan Qərb, Fransa qarşısında üstünlüklər əldə etmiş olacaq. Ümumilikdə isə Ermənistanın apardığı bu siyasətin gələcəyi yoxdur. Biz görürük ki, Azərbaycan bütün istiqamətlərdə eyni dərəcəli siyasət apararaq dövlət maraqlarının həyata keçirilməsinə nail olur. Ermənistanın istəklərinin həyata keçirilməsi perspektivi sıfıra bərabərdir”.