Ermənistanın növbəti təxribatının qarşısı alınıb - MN

11:06 16.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Hafta.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.