Ermənistanın “Səlibçilər” terror təşkilatının üzvləri Laçın postuna “HÜCUM EDƏCƏK” – VAXT AÇIQLANDI

15:45 08.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avqustun 8-də Ermənistan hökumətinin binası yaxınlığında Laçın yolunun “açılması” tələbi ilə etiraz aksiyası keçirən “Səlibçilər” terrorçu dəstəsinin üzvləri heç bir rəsmi şəxs tərəfindən qəbul edilməyib.

“Səlibçilər” dəstəsinin komandiri Sarqis Poqosyan irəli sürülən şərti təqdim edib. “Saat 18:00-a qədər Qarabağa yol açılmasa, özümüz açacağıq. İndi heç kimlə görüşmək istəmirəm, saat 18:00-a qədər yemək Qarabağa gəlməsə, hər şeyi özümüz edəcəyik. Heç nə, silah tapacağıq, biz döyüşçüyük, imkan verməyəcəyik ki, qazandıqlarımızı geri versinlər”.

Göründüyü kimi, artıq hər sahədə “humanitar şou”nun uğursuzluqla nəticələnməsi erməni hakimiyyət orqanlarını yenidən ənənəvi üsulları olan terrora üz tutmağa vadar edib. Lakin bir məqamı unudurlar ki, 90-cı illərdən fərqli olaraq indi onları sərhəd qapısında Azərbaycan əsgəri layiqincə qarşılayacaq.

Siyasət rubrikasından digər xəbərlər