Ermənistanın sərhədimizdə dayanmış “humanitar” karvanına daha iki TIR qoşuldu

14:01 02.08.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın “Grand Candy” şirkəti "blokada"da olan Qarabağdakı haykların uşaqlarına çatdırılması üçün şirniyyatla dolu iki yük maşınını Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətində göndərib. Beləliklə, 7-ci gündür Ermənistan-Azərbaycan sərhədində guya “acından ölən Qarabağ separatçılarına” yardım üçün dayanmış 19 TIR-a daha ikisi əlavə olunub və onların sayı 21-ə çatıb.

Hafta.az xəbər verir ki,  bu haqda  @infoteka24  teleqram-kanalı məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan tərəfi ermənilərə də, Qarabağdakı Rusiya “sülhməramlı”lara da ərzaq, dərman və s. təminatı üçün Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolundan istifadə edə biləcəklərini bildirsə də, hər iki tərəf bundan imitina edib.

Siyasət rubrikasından digər xəbərlər