Bakı çoxdan bəyan edib ki, Azərbaycan pasportu almaq istəyən və azərbaycanlılarla dinc yanaşı yaşamağa razı olan bütün Qarabağ etnik ermənilərinin təhlükəsizliyinə zəmanət verir.
Hafta.az xəbər verir ki, bu fikirlər rusiyalı politoloq Vitali Arkova məxsusdur.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti dəfələrlə deyib: yaşa, sənə heç kim toxunmayacaq: "Anladığım qədər, erməni əhalisi üçün müəyyən keçid dövründən danışmaq olar.
Tamamilə mümkündür ki, sülh müqaviləsinin imzalanması proseduru mərhələli şəkildə aparılsın. Biz bu yaxınlarda Laçının və Laçın rayonunun iki kəndinin Azərbaycana qaytarılması ilə bağlı vəziyyəti gördük. Azərbaycan səbirli olmalıdır. Şübhəsiz ki, Qarabağın qalan hissəsi Azərbaycanın nəzarətinə qayıdacaq.
Çünki İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz şərtlərini diktə edir. Və Ermənistan nə qədər öz tərəfində nəyisə diktə etməyə çalışsa da, alınmayacaq. Sülh müqaviləsi imzalanacaq.
Ola bilsin ki, sülh müqaviləsində Qarabağın qalan hissəsinin Azərbaycana qaytarılması məsələsinin hansı müddət ərzində həll olunacağı göstərilsin".