Yazını böyüt
Yazını kiçilt
Hər payız tanış olan "Ərzurumda qışdan əvvəl məzar hazırlıqları" xəbəri yenidən yayılıb. Temperaturun mənfi 25 dərəcəyə düşdüyü və yerin donduğu Ərzurumda bəri başdan 500 məzar qazılıb.
Hafta.az-ın yazdığına görə, temperatur sıfırdan aşağı düşən şəhərdə Qəbiristanlıqlar İdarəsinin qrupları yer donmadan əvvəl qazıntı işlərini başa çatdırıblar.
Əvvəllər ağır texnika ilə qazılan məzarlıqlar idarədəki işçilər tərəfindən qazıntı baltaları və kürəklərlə qazılıb.
Əsri Qəbiristanlığında çalışan işçilərdən olan Köksal Çalışkan bələdiyyə tərəfindən ayrılmış və gəzinti yolları ilə tikilmiş ərazidə qazma baltaları və kürəklərlə məzarları hazırlayıb: "Qış şəraiti sərt olduğundan, yer donur. Ona görə də ehtiyyatımızı indidən gördük".