Yazını böyüt
Yazını kiçilt
Ticarət şəbəkələrində inhisarçılığın yüksək səviyyədə olması istehsalçıların bilavasitə istehlakçılara - əhaliyə çıxış imkanlarının çox zəif olması ona gətirib çıxarır ki, əsas mənfəəti ticarət şəbəkələri götürür.
Bu fikirləri hafta.az-a iqtisadçı ekspert Elşad Məmmədov deyib. Onun sözlərinə görə, nə istehsalçılar, nə alıcılar olaraq əhali udur, nə də dövlət. Udan ticarət şəbəkələridir ki, onlar mənfəətlərini artırır və bu da onların inhisarçı statusundan irəli gəlir:
“Burada isə hesab edirəm ki, dövlətin müvafiq qurumları və ilk növbədə anti-inhisar siyasəti ilə məşğul olan qurumlar effektiv fəaliyyətə keçərək bunun qarşısını almalıdır…”