Yazını böyüt
Yazını kiçilt
Estoniyada yanvarın 9-dan Rusiya mallarının idxalına əlavə qadağalar fəaliyyətə başlayır. Bu barədə “İnterfaks” ölkənin Vergi və Gömrük Departamentinə istinadən məlumat yayıb.
“Yanvarın 9-da Avropa İttifaqının Rusiya Federasiyasından gələn bir sıra istehlak mallarına tətbiq etdiyi sanksiyaların keçid dövrü başa çatır və bazar ertəsindən etibarən onların Avropa İttifaqına idxalı qadağan ediləcək”, - nazirlik bildirib.