Etibar Əliyev: “Radikal müxalifət qocalıb, radikulitdir”

12:30 02.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Prezident İlham Əliyev Azərbaycan torpaqlarını işğaldan azad edib suverenliyini bərpa etdi. Lakin özlərini radikal hesab edən müxalifət Azərbaycanın bu uğurlarına hər vəchlə kölgə salmağa çalışır”.

Hafta.az xəbər verir ki, bunu deputat Etibar Əliyev deyib.

Deputat bildirib ki, özlərini radikal müxalifət adlandıranlar siyasətdən başları çıxmadığı üçün bir il hakimiyyətdə qala bilmədilər.

“Artıq onlar qocalıblar. Qocaldıqlarından onlarda da radikulit əmələ gəlib. Bu radikal müxalifəti elə radikulit müxalifət adlandırmaq yaxşı olar”.