Evdən 10 min manatlıq qızıl oğurlanıb

14:58 28.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaradağda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.İxtiyarlı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.