Evdən qızıl əşyalar və tüfəng oğurlanıb 

15:49 26.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda evdən qızıl əşyalar və tüfəng oğurlanıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 400 ABŞ dolları, 10.000 manat dəyərində qızıl-zinət əşyaları və “İJ” markalı ov tüfəngini oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini olan bir yeniyetmə saxlanılıb, daha 2 nəfər isə müəyyən edilib.