Yazını böyüt
Yazını kiçilt
Meksikanın paytaxtı Mexikoda silsilə cinayətlər törədən qatilin evinin həyətində 17 cəsədə aid minlərlə sümük çıxıb.
Hafta.az-ın məlumatına görə, Mexiko prokurorluğundan verilən açıqlamada 72 yaşındakı şübhəlinin həyətində aparılan qazıntılar zamanı tapılan sümüklərin ümumi sayı 3787-dir.
Məhkəmə ekspertizası zamanı bu sümüklərin illər əvvəl itkin düşən 17 nəfyərə aid olduğu aşkarlanıb. Qurbanların sümükləri ilə yanaşı özəl əşyaları da tapılıb. Araşdırmalar hələ də davam edir.