Əvvəl-axır bu müharibənin həllinə nail olacağıq - Tramp

09:09 05.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biz əvvəllər görünməmiş səviyyədə səkkiz müharibəni həll etməklə bütün dünyada sülh yaradırıq.

Hafta.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evin qarşısında Milad ağacının işıqlandırılması mərasimində çıxışı zamanı deyib.

O, növbəti hədəfin Rusiya və Ukrayna arasındakı müharibənin həlli olduğunu bildirib:

“Düşünürəm ki, əvvəl-axır buna nail olacağıq. Ötən ay 27 min əsgər boş yerə öldürüldü. Biz buna son qoymalıyıq. Biz bunun üzərində çox çalışırıq”.