Əyrivəng kəndində elektrik xətlərinin, transformatorların yenilənməsi sakinlərin hədsiz sevincinə səbəb olub - Gədəbəyin sərhədyanı kəndindən Prezidentə məktub var

18:11 08.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cənab Prezident.

Gədəbəy rayonunun Əyrivəng kəndi düşmənlə sərhəddə yerləşən kəndlərimizdən biridir. Bu gün Əyrivəng kəndində elektrik xətlərinin, işıq dirəklərinin, transformatorların yenilənməsi sakinlərin hədsiz sevincinə səbəb olmuşdur.

Respublikamızda, o cümlədən Gədəbəyimizdə və Əyrivəng kəndində görülən işlərə görə kənd sakinləri adından Sizə təşəkkürümüzü bildiririk. Tanrı Sizi və Azərbaycanımızı qorusun.

Hörmətlə,

Tağıyev Söhbət Qoca oğlu.

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Əyrivəng kəndi.