“F-16”-lar Rusiyanın Qara dəniz üzərində üstünlüyünə son qoyacaq... - HDQ komandanı

19:28 05.07.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“F-16”-ları aldıqdan sonra Ukrayna Qara dəniz səmasında Rusiyanın hökmranlığına meydan oxuya biləcək”.

Moderator.az “UNİAN”-a istinadla xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Aleksey Neyjpapa “Reuters”-ə müsahibəsində bildirib.

"Müvafiq silahlara malik “F-16”-lar Rusiya hərbi təyyarələrini geri ata biləcək. Qara dənizin şimal-qərb hissəsi, xüsusən də mülki gəmilər üçün dəhliz demək olar ki, 100% qorunacaq", - Neyjpapa belə deyib.

O, həmçinin əlavə edib ki, Ukrayna hazırda yalnız Odessanın üç əsas limanından dəniz nəqliyyatını əhatə edən gəmiçilik dəhlizini genişləndirmək istəyir. Xüsusilə, Nikolayev və Xerson limanlarının əlavə edilməsi planlaşdırılır. Bununla belə, Neyjpapanın sözlərinə görə, bu, xüsusən Rusiyanın Kinburn yalı üzərində nəzarəti səbəbindən hələ mümkün deyil.

Ukrayna Hərbi Dəniz Qüvvələri komandirinin sözlərinə görə, hazırda bəzi ərazilərdə minalardan qorunmaq üçün mülki gəmiləri patrul katerləri müşayiət edir, hava hücumundan müdafiə isə həm limanları, həm də dəhlizləri qoruyur.

Ümumiyyətlə, Ukrayna dəniz qüvvələrinin pilotsuz təyyarələrinin uğurlu işi və raket hücumları sayəsində Neyjpapanın sözlərinə görə, Rusiya hərbi gəmiləri Qara dənizin şimal-qərb hissəsinə demək olar ki, 25 min kvadratmetr əraziyə daxil olmur.