Yazını böyüt
Yazını kiçilt
Sudanın qərbindəki Şimali Darfur vilayətinin Faşir şəhərindən qaçan minlərlə ailə yaxınlıqdakı Dəbə şəhərinə çatıb.
Hafta.az BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bəyanatına istinadla bildirir ki, minlərlə ailə zorakılıqdan qaçaraq yorğun və əldən düşmüş halda Dəbədədir.
Komissarlıq Sudanda mərkəzi hakimiyyətə qarşı silahlı mübarizə aparan çevik dəstək qüvvələrinin nəzarətinə keçmiş yerlərdə əhalinin vəziyyətinin acınacaqlı və dözülməz olduğunu, böhran vəziyyətinin pisləşdiyini bildirib.
Qeyd olunur ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bir müddət əvvəl Sudan böhranının dünyada ən böyük daxili köçə səbəb olduğunu, qaçqınların sayının 12 milyona çatdığını bildirmişdi.