Yazını böyüt
Yazını kiçilt
Yevlaxda yanğın hadisəsi olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildiir ki, Yevlax şəhərində ümumi sahəsi 500 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının iki sinif otağının yanar konstruksiyaları 60 m² sahədə və çardağının yanar konstruksiyaları 90 m² sahədə yanıb.
Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.